ABŞ-ın Ədliyyə Nazirliyi Beynəlxalq Olimpiya Komitəsi və ölkənin Milli Olimpiya Komitəsində fırıldaqçılıqla bağlı istintaqa başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qurum əsasən böyük yarışların ev sahiblərinin müəyyənləşməsi zamanı yaşanan qayda pozuntularından şübhələnir.

İstintaq prosesinə Rusiyaya 2014-cü il Qış Olimpiya Oyunları və futbol üzrə DÇ-2018-in verilməsi də daxil edilib. ABŞ-ın atletika üzrə DÇ-2021 və Olimpiada-2028-in təşkilatçılıq hüququna yiyələnməsinə də şübhələnən nazirlik bu yarışlarla bağlı sənədləri yoxlamaq istəyindədi.

Atletika üzrə DÇ-2019-un Dohada keçiriləcəyi də istintaqdan yayınmayacaq.

Qeyd edək ki, atletika hər 2 çempionatla bağlı Fransa prokurorluğu da araşdırmalara başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində