ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərlərinin dəqiq tarixi məlum olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb. ABŞ Suriya Demokratik Qüvvələri koalisiyasına dəstək göstərməyə davam edəcəyini bəyan edib. İran ABŞ-dan ordusunu Fərat çayının şərqindən çıxarmağı tələb edib. Amerikalı general Çin və Rusiya ilə müharibənin aparılma üsulu barədə fikirlərini bölüşüb. İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin olduğu təxmin edilən ölkələrin adları açıqlanıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub. Diplomatik mənbənin sözlərinə görə, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq. Onlar fevralın 3-də Bakıya gələcəklər.

Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq. Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.

Ermənistan Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” anti-terror əməliyyatının Dağlıq Qarabağda da təkrarlanmasından qorxur. Dağlıq Qarabağ BMT tərəfindən Azərbaycan torpağı olaraq tanındığı üçün rəsmi Bakı beynəlxalq hüquqa əsasən istənilən vaxt Qarabağda anti-terror əməliyyatı keçirə bilər. Ermənistanı narahat edən də məhz budur. İrəvanda hesab edirlər ki, Türkiyənin “Zeytun budağı” əməliyyatı Qarabağda da anti-terror əməliyyatının keçirilməsinə presedent yarada bilər.

Ermənipərəst mövqeyi ilə məşhur olan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına açıqlamasında Qarabağ ətrafında danışıqların dalana dirəndiyini və yeni gərginliyin ola biləcəyini deyib.

Ermənistanın gələcəyini sual altına qoyan ƏMƏLİYYAT, iki seçim: ya PUTİN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağda “Zeytun budağı” əməliyyatı: Bakının bu addımı İrəvanı QORXUYA SALDI