Türkiyənin Kilis və Hatay şəhərlərinə 4 raket atılıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumatda bildirilir ki, Suriyanın Afrin bölgəsindəki terror təşkilatının mövqelərindən atılan iki raketdən biri Kilisin İslahiyə küçəsindəki Adnan Menderes Parkı yaxınlığına, digəri isə evin üzərinə düşüb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Digər iki raket isə Hatay ərazisinə atılıb. Terrorçuların mövqelərindən Hatayın Fidanlıq Məhəlləsinə atılan raketlərdən evin bağçasındakı avtomobilin üzərinə, digəri isə köhnə sənaye sahəsinə düşüb.

Hadisə yerlərinə çoxlu sayda təcili yardım, polis və yanğınsöndürən maşınlar göndərilib.

Günay Elşadqızı / METBUAT.AZ