İstanbulda Maltəpə bələdiyyəsinə məxsus Mədəniyyət
Mərkəzi Ermənistanın bayrağına uyğun bəzədilib.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz
Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel
Gülbey deyib.
G.Göksel qeyd edib ki, Maltəpə bələdiyyəsi CHP-nindir: “Burada
bələdiyyə sədri CHP-dən olan Ali Kılıçdır. Tuncelidə anadan olan
Ali Kılıç gənclik illərini Almaniyadakı sosialist qruplar arasında
keçirib, daha sonra Türkiyəyə qayıdaraq, CHP-yə qoşulub. 2014-cü
ildə İstanbul Maltəpə bələdiyyəsinin sədri seçilib. Seçildiyi
gündən azlıqlarla yaxın əlaqələr qurmağa çalışıb, Maltəpədə kilsə
inşa etmək istəyənlərə dəstək verəcəyini deyib. 2015-ci ildə
bələdiyyə əməkdaşlarına Yeni İl bayramı münasibətilə “Neol tətili”
adı altında tətil verib. Bələdiyyə sədri Ali Kılıçın xristian və
azlıq sevgisinin haradan gəldiyini anlaya bilmirik”.
G.Göksel bələdiyyə sədrindən Mədəniyyət Mərkəzindəki erməni
bayrağına uyğun bəzəkləri sökməyi tələb edib.
“Əgər bunu etməsə, hörmətli daxili işlər naziri Süleyman Soyludan
bu məsələdə hərəkətə keçməsini xahiş edirik”, - deyə o
bildirib.
Asif