Bu barədə “Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, son nəticədə ötən il bank sektorunun əməliyyat mənfəəti 908,2 mln. manat olub (əvvəlki ilə əməliyyat zərəri olub).
2017-ci ildə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə 26,5 mln. manat qənaət ediblər (2016-cı ildə xüsusi ehtiyatlara pul ayırmışdılar), digər mənbələrdən illik müqayisə 56,4% az - 4,1 mln. manat gəlir əldə ediblər, 29,9% çox - 55,2 mln. manat mənfəət vergisi ödəyiblər.
Bununla da, sektorun illik xalis mənfəəti 883,6 mln. manat təşkil edib. Bunun 290,9 mln. manatı dekabrda əldə edilib. Xatırladaq ki, banklar 2016-cı ili 1 667,6 mln. manat xalis zərərlə başa vurmuşdu.