Hollandiyada Türkiyə vətəndaşları terror təşkilatı PYD/PKK-ya qarşı etiraz aksiyası keçiriblər.
Milli.Az trt.net-ə istinadən xəbər verir ki, Rotterdam dəmiryolu stansiyası qarşısında keçirilən etiraza əksəriyyəti gənclərdən ibarət olan qrup əllərində Türkiyə bayraqları ilə qatılıb.
Aksiyada iştirak edən Türkiyə vətəndaşları:"Türk, Kürd qardaşdır, PKK qəddardır," Rədd Olsun PKK" şüarlarını səsləndiriblər.
PYD/PKK tərəfdarları keçən həftə paytaxt Amsterdamda keçirdikləri nümayişdə iki türk taksi sürücüsünü döymüş, bir türk jurnalistə hücum etmişdilər.
Terror təşkilatı tərəfdarları Utrecht dəmiryolu stansiyasında bu həftə keçirilən aksiyada isə Türkiyə bayrağını daşıyaraq reaksiya göstərən Türkiyə vətəndaşlarına hücum cəhdi göstərmişdilər.
PYD/PKK tərəfdarları son dövrdə Avropada bir çox məscidə də hücum təşkil edib.
Milli.Az