"Mənim sponsorum olmuyub".

Milli.Az xəbər verir ki, bunu dünən "5/5"-də qonaq olan Nura Suri aparıcının sualını cavablandırarkən deyib.

Müğənni ilə aparıcı arasındakı qısa dialoqu tədim edirik:

Nura, toylara gedirsən?

- Gedirəm, amma çox yox.

Bəs toy yoxdur, nə ilə dolanırsan?

- Reklamla. Yeni bir brendin "üzü" oldum.

Guya tək onunla dolanırsan sən?

- Yox, niyə tək onunla. Mənim hər zaman gəlirim olub, ailəmizin gəliri olub. Mən şou-biznesə öz pulumla gəlmişəm. Kimsə məni gətirməyib - nə prodüser, nə sponsor.

Məhəmməd Vaqif

Milli.Az