Moskva Azərbaycan və Ermənistanın Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verdiyini açıqlayıb. Ermənistan PKK terrorçularına işğal etdiyi Dağlıq Qarabağda təlim keçir. Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilir. Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoqunun Konqresi keçirilib. ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib. ABŞ kəşfiyyatı Rusiyanı Amerikaya hücuma hazırlaşmaqda ittiham edib. ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra ilk dəfə Konqresdə çıxış edib. Vaşinqton Moskvadan indiki beynəlxalq siyasət kursundan imtina etməyi tələb edib. Kiyev Moskvanı Suriya müharibəsinə göndərilməsi üçün Donbasda könüllülər toplamaqda ittiham edib.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verib. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 31-də keçirdiyi həftəlik brifinqdə bildirib.

Gizli danışıqların DETALLARI, Bakı və Ankara QARABAĞDA… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan sənədə prinsipial razılıq verdi – Moskva AÇIQLADI