"Report" xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
Yer kürəsindən belə məsafədə uçan təyyarələr daşına bilən zenit raket kompleksləri, top atəşləri və adi atıcı silahın güllələri üçün əlçatmaz olur.
İndi Müdafiə Nazirliyi pilotun niyə raket kompleksinə qarşı istilik tələlərini cəlb etməyə vaxt tapmadığını aydınlaşdırmağa çalışır.
Xatırladaq ki, Rusiyanın Su-25 qırıcısı fevralın 3-də vurulub. Pilot katapulta vasitəsilə qırıcını tərk etməyə müvəffəq olub, lakin silahlıların nəzarət etdiyi əraziyə düşüb. O, qıza müddətli atışmadan sonra islamçıların əlinə keçməmək üçün özünü qumbara ilə partladıb.