“ARB Ulduz"-un “Virtual Həyat” verlişinin budəfəki qonağı əməkdar artist Manana Çaparizde olub.
Metbuat.az xəbər verir ki, müğənni proqrama, ailəsi haqqında danışıb:
"Nə mənim həyat yoldaşım, nə uşaqlarım, nə anam, heç vaxt yorulduğumu hiss etməyəcəklər. Heç vaxt yoldaşım mənə heç nəyə qadağa qoymayıb. Demirəm ki, mən buna şərait yaratmamışam. Ancaq həyat yoldaşım da məni yaxşı tanıyır. O mənə hörmət edir və sevir. Mən də onu milyon dəfə çox sevirəm və hörmət edirəm”.
Qeyd edək ki, Manana fəaliyyətinin 20 illiyinə həsr olunacaq konsert vermək fikrində olduğunu da söyləyib.
Proqramdan həmin videonu sizə ətraflı təqdim edirik:
Bülent Ersoy bu görünüşü ilə dəniz qulduruna bənzədildi -
FOTO - Oxumaq üçün tıkla |