ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Sereteli martda Azərbaycana səfər edəcək.

Metbuat.az-ın ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbərinə görə, Georgi Sereteli martın 12-13-də Azərbaycana rəsmi səfər edəcək.

ATƏT PA prezidenti martın 13-də Bakıda keçiriləcək İpək Yolu Konfransına qatılacaq.