2010-cu ildə işlədiyi şirkətin göndərişi ilə Tayvana gedən Mehmet Honq-Konqu da gəzmək istəyir. Və bu maraq o zamandan onun tutqusuna çevrilir. İşdən çıxmağa qərar verir və 6 il çalışdığı işini tərk edib, dünyanı səyahətə başlayır. 8 ildən artıq davam edən yolçuluğu haqqında iki cilddə "Rotasız Səyyah" adlı kitab çıxarır.

Mehmetin etdiyi fotolayihələrdə qadınlar xüsusilə diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrində qadınların vəziyyəti, həyatı, məişəti necədir?

Milli.Az lent.az-a istinadən Rotasız Səyyahın çəkdiyi qadınların fotolarını və tarixçələrini təqdim edir.

İranın Qəşm şəhəri. Zeynəb. 70 yaş. Üzündəki niqabı 56 ildir taxır.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Bu niqablar İranın Minab əyalətinə məxsusdur. Belə niqab taxmaq ənənəsi yox olmaq üzrədir, lakin, bəzi yerlərdə hələ də qorunur. Qadınlar bu niqabı evləndikdən sonra taxırlar. Niqab onları gündən də qoruyur.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Gildən qazan düzəldən 64 yaşlı İvini. Braziliya. Marubo.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Sennet. 13 yaş. Tacikistan, Pamir dağları. Sennet artıq üç ildir ki, yemək hazırlaya bilir.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Magül 28 yaş. Əfqanıstan. Herat. Magülün ərinin 3 arvadı var. Magül yeddi uşağı ilə kərpicdən tikilmiş, arada ərinin baş çəkdiyi evdə yaşayır.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Havagul. 35 yaş. Əfqanıstan Herat. Havagül 5 uşağı ilə birgə yaşayır. Əri ötən il 85 yaşında vəfat edib. Böyük oğlu ayaqqabı boyayır, özü isə evlərdə paltar yumaqla ailəsini saxılayır.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Mahtab. 80 yaş . Köçəri həyat sürən qaşqay türkü. İran.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Əminə, 40 yaş. İran. Qəşm.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Braziliyanın Amazoniya bölgəsində yaşayan Matis yerlisi. Yaşını bilmir. Üzündəki döymələri 12 yaşında ediblər. Mənasını bilmir, adətdir, deyir.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Adini demək istəməyən kolumbiyalı gözəl qız.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Kolumbiyanın Sierra Neva bölgəsində 15 yaşlı adsız qadın. Körpəsi beş gündür ki, doğulub. Evdə onu yerli çağırırlar. Qadınlara ad verilməməsi və ya çox gec verilməsi bu bölgədəki kəndlərdə yayğın haldır.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

10 yaşlı Lalə bacısı ilə. Əfqanıstan. Herat.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Fatimə. 45 yaş. İran .Qəşm.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Fotosunun çəkilməsinə 10 dollar müqabilində razılıq verən panamalı qadın.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

San-Salvadorlu qadın.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Qvatemalalı alverçi qadın.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Ekvadorlu çoxuşaqlı qadın.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Maya yerlisi. Meksika.

İranda qadınlar ərə gedəndən sonra bu niqabı taxırlar

Kartagenanın rəngli qadınları rotasız Səyyah ilə. Kolumbiya.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin