Son günlər ARB TV-də yayımlanan "Xalqın Şairi" yarışmasının tamamlanmaması və verilişin yarımçıq qalması böyük müzakirələrə səbəb olub.

Bununla bağlı Metbuat.az-a özəl açıqlamasında kanalın marketinq, strateji inkişaf və media direktoru İsmayıl Həsənov sponsor məsələsinə toxunub:

"Əvvəla onu bildirmək istərdim ki, bu layihəyə start verilən bir gündən mediada əsassız olaraq məlumatlar dərc olunur. Son olaraq gənc yazarın yazdığı ittihamlar da məhz bunlardan biridir. Bu layihəni reallaşdırmaq üçün böyük vəsait ayrılmışdı və gözləntilərimiz kifayət qədər idi. İstənilən televiziyada təşkil olunan bu cür layihələrdə çoxlu sayda sponsorlara ehtiyac duyulur və əgər bu tərəfdən hər hansısa bir çətinlik yaşanarsa, layihənin davam etməsi ilə bağlı problemlər yaşanır. Layihənin müvəqqəti dayandırılmasına səbəb isə sponsorların bu tip verilişlərə maraq göstərməməsidir. Sponsor məsələlərini həll etdikdən sonra layihəyə yenidən davam ediləcək və final mərhələsi keçiriləcəkdir."

http://matbuat.az/news/891396/atv-nin-prezidenti-azer-xelilov.html