Tanınmış rəqqasə Fatimə Fətəliyeva səhnə fəaliyyətinin 20 ili münasibətilə konsert proqramı ilə çıxış edəcək.
Bu barədə Metbuat.az-a rəqqasənin özü danışıb. O bildirib ki, bu konsert sənətində ilk olacaq:
“Bu il 20 ilimi çox gözəl formada qeyd edəcəm. Bunun üçün çox gözəl konsert proqramı hazırlanıb. Yeni xəbər də odur ki, konsertimizin açılışı üçün tanınmış bəstəkar Nailə Mirməmmədli yeni mahnı bəstələyib. Artıq mahnı aranjimana verilib. Musiqi tam hazır olandan sonra isə onun xoreoqrafiya hissəsini öz boynuma götürmüşəm. Rəqsin quruluşunu özüm quracam. Çünki bu günə qədər rəqslərimin quruluşunu müəllimim Fərhad Vəliyev edirdi. O artıq Azərbaycanda yaşamır, Amerikaya köçüb.”
F.Fətəliyeva onu da əlavə edib ki, yeni təqdim edəcəyi layihə üçün fotosessiya da etdirib: