Azərbaycanda vaxtından əvvəl növbədənkənar prezident seçkilərinin elan edilməsi milli maraqlar və dövlət mənafeyi baxımından düzgün qərardır. Qanuni baxımından seçkilərin vaxtını dəyişmək və onu irəli çəkərək növbədənkənar seçkilər təyin etmək isə dövlət başçısının konstitusion hüququdur.

Ölkənin mənafeyi və milli maraqları hər hansı partiya və fərdlərinkindən daha üstündür

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib.

Ölkənin mənafeyi və milli maraqları hər hansı partiya və fərdlərinkindən daha üstündür

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı sərəncamının onun indiki səlahiyyət müddətinin 6 ay azalmasına gətirib çıxaracağına baxmayaraq, burada hansısa fərdlərin və partiyaların yox dövlətin maraq və mənafeyi nəzərə alındığından dövlət başçısının niyə belə qərar verdiyini anlamaq olar:

Ölkənin mənafeyi və milli maraqları hər hansı partiya və fərdlərinkindən daha üstündür

"Yazda həm Ermənistanda, həm də Rusiyada seçkilər keçiriləcək. Eyni zamanda Türkiyədə müəyyən proseslər baş verir. Bütün bunların fonunda yay aylarının dünyada siyasi istirahət mövsümü olduğunu da nəzərə alsaq, payızadək yay dövrü itirilmiş vaxt olacaqdı. Yəni Ermənistan və Rusiya payıza hazırlıqlı çıxacaqdırlar, amma biz payızda hələ seçkilərə hazırlaşmalı və keçirməliydik ki, bu da bizim üçün siyasi baxımdan mühüm vaxt itkisi deməkdir.
Ölkənin mənafeyi və milli maraqları hər hansı partiya və fərdlərinkindən daha üstündür

Prezident seçkilərinin vaxtı niyə dəyişdirildi? - Səbəblər sırasında Qarabağ "izi"