"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
XİN başçısı Mogeriniyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə regionda olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqların gedişi barədə məlumat verdiyini açıqlayıb.
"Mogerini ilə münaqişənin, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməli olduğu barədə ortaq fikir səsləndirdik", - nazir bildirib.