“Əlilliyin müəyyən edilməsində bir çox mərhələlərdən keçilməsi məsələsi uzun müddətdir ki, aradan qaldırılıb. 2015-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu məsələ həllini tapıb”.

Publika.az-ın məlumatına görə, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib. Nazir müavini əlavə edib ki, bir neçə il əvvəl əlilliyin müəyyən edilməsində bəzi rüşvət halları olurdu:

“Lakin hazırda bu problemlər aradan qaldırıb. Əlillərin reabilitasiyası üçün də bütün lazımi tədbirlər həyata keçirilib. İş yerlərində kvota məsələsinə gəldikdə, Məşğulluq haqqında qanunda da əlillik haqqında kvota müəyyən edilib. Bu qanun layihəsinə təkrar kvotanın əlavə edilməsinə ehtiyac yoxdur.”.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Gülxar