Bu barədə "Report" Danimarkanın ANP informasiya agentliyinə istinadən xəbər verir.
Hələlik adıçəkilən ölkənin Xarici İşlər Nazirliyi məlumata şərh verməyib.
Qeyd edək ki, M.Saakaşvili fevralın 12-də Kiyevin mərkəzində "Suluquni" restoranında saxlanılıb. Bundan sonra o, Varşavaya deportasiya edilib. Lakin siyasətçi Ukraynaya qayıtmaq üçün yol tapmaq niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, M.Saakaşvili Hollandiya vətəndaşı Sandra Rulofs ilə evlidir.