"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
İ.Axundovun sözlərinə görə, onlardan 3165 nəfəri hərbçi, 710 nəfəri isə mülki şəxslərdir: "Dövlət Komissiyası bu işdə beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edir. İki qurumun əsir və itkin düşmüş şəxslərin siyahısındakı fərqi 75-ə endirmişik. Halbuki bu rəqəm 2015-ci ildə 350 nəfərdən yuxarı idi".
İşçi qrupunun rəhbəri İsmayıl Axundov qeyd edib ki, bu günə kimi 1550 nəfər itkin düşmüş şəxslərin 4119 nəfər ailə üzvündən bioloji nümunələr götürülüb: "Hazırda bu istiqamətdə işlər davam etdirilir. Xatırladım ki, Azərbaycanda itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 195 naməlum məzar yeri aşkarlanıb. Onlardan 185-nin GPS koordinatları çıxarılıb".