Türkiyədə məşhur stilist Eliz Sakuçoğlunun mükafatlandırma gecəsindəki geyimi müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, "GQ Men of The Year" mükafat mərasiminə qatılan Eliz Sakuçoğlu, elə bir paltar seçdi ki, görənlər "Paltar geyməyi unutmuş"- deyib.
Stil məsləhətçisi Sakuçoğlu, dünən gecə Volkswagen Arenada keçirilən "GQ Men of The Year" mükafatı mərasimində iştirak edib. Sakuçoğlunun paltarı gecəyə damğa vurub.
Sakuçoğlu uzun bir hazırlıq prosesinin ardından, bölüşdüyü cəsur fotoşəkillə sosial medianı silkələyib.