Aparıcı əməliyyatla özünü qum saatına bənzətdi.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, əcnəbi aparıcı Sofiya Veqas dünyanın ən incəbelli qadını adını almaq üçün əməlliyat masasına uzanıb. 30 yaşlı almaniyalı aparıcı gözəllik salonundan çıxarkən Beverli-Hillzdə kameraların hədəfinə tuş gəlib. Belini 46 santimetrədək incəldən Sofiyanin plastik əməliyyatla sinəsini də böyütdüyü diqqətdən qaçmayıb. Həmçinin əməliyyatla qabırğalarını çıxartdıran aparıcı yeni görünüşünə görə qum saatına bənzədilib.

Veqas bu addımı atmasının səbəbini Hollivud ulduzu Bricit Bordoya bənzəmək istəməsi ilə əlaqələndirib.