Müəyyən bir namazı qılmaq niyyəti ilə dəstəmaz aldıqdan sonra başqa namazları da həmin dəstəmazla qılmaq olarmı?

Bu məsələdə niyyət önəmlidir. İslam qanunlarına görə əməllər niyyətlərə bağlıdır. Əgər insan yalnız konkret bir namazı qılmaq üçün dəstəmaz aldığını niyyət etsə, həmin dəstəmazla yalnız həmin namazı qıla bilər, başqa namazı qılmaq üçün yenidən dəstəmaz almalıdır. Məsələn, insan niyyət edir ki, sübh namazını qılmaq üçün dəstəmaz alır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu halda sübh namazını həmin dəstəmazla qılmaq icazəlidir, bundan sonra hər hansı namaz üçün dəstəmazı təzələməlidir. Buna görə çətinliyə yol açmamaq üçün məsləhətdir ki, dəstəmaz alarkən konkret namaz niyyəti edilməsin və ümumi şəkildə "pak olmaq üçün dəstəmaz alıram, qürbətən iləllah" deyə niyyət olunsun. Bu halda həmin dəstəmaz pozulana kimi istənilən qədər namaz qılmaq icazəlidir.

Milli.Az