Öldükdən sonra orqanlarımızı bağışlaya bilərikmi?

Dünyada orqan köçürülmələri ilə bağlı tez-tez əməliyyatlar həyata keçirilir.

Belə ki, donor gözləyən şəxslər bu gün qəfil ölən, yaxud da öldükdən sonra orqanlarının bağışlanmasını istəyən şəxslər sayəsində həyatda qala bilirlər. Ölkəmizdə isə vəziyyət bir qədər fərqlidir.

Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Metbuat.az-a açıqlamasında bildirir ki, hazırda ölkəmizdə bununla bağlı müraciətləri qəbul edən bir qurum belə yoxdur. Bu məsələ hələ ki, öz həllini tapmayıb.

Hüquqşünas Heyrat Qarayev ölkəmizdə qanunların orqan köçürülməsinə icazə vermədiyini qeyd edir:

“Yəni, bu gün hər hansı bir şəxs istədiyi adama öz orqanını hədiyyə edə bilməz. Əksər ölkələrdə qanun buna imkan verir. Amma bizdə buna qadağa qoyulub. Hesab edirəm ki, bu, doğru bir addımdır. Sağ ola-ola orqanın kimisə vəsiyyət edilməsi, rəsmi qaydada hədiyyə edilməsi yolverilməzdir. Qanun yol vermirsə, bu belə də olmalıdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

DİQQƏT: Bakıda böyük təhlükə! - Qar yağarsa, sürüşmə istiqamətini dəyişə bilər – FOTOLAR – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR