XİN Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş
ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbriki şərh
edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı
Vladimir Putin arasında dünən baş tutan telefon danışıqlarının yeni
detalları ortaya çıxıb. Suriya hökumətinə bağlı qüvvələr Afrinə
girməyə başlayıb. Türkiyə prezidenti qarşıdakı günlərdə Afrin
şəhəri mühasirəyə alınacağını bildirib. İranın paytaxtı Tehranda
sufi-dərvişlərlə polis arasında qarşıdurmalar baş
verib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində
yaradılmış qondarma rejimə ünvanladığı təbriki şərh
edib.
XİN Sarkisyanın təbrikini şərh edib: "Melkonyandan..."
Hələbdən yola çıxan Suriya hökumətinə bağlı qüvvələr
Afrinə girməyə başlayıb. Bu haqda “Röyters” agentliyi
Livanın “Hizbullah” təşkilatına yaxın media orqanlarına istinadən
məlumat yayıb.
Qeyd edək ki, “Röyters” agentliyi dünənki xəbərində hökumətə
yaxın güclərin axşam saatlarında Afrinə girəcəyini bildirmişdi.
Afrində Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” əməliyyatı
həyata keçirən Türkiyənin bu xəbərə reaksiyası olduqca sərt
oldu.
Əsədin ordusu AFRİNƏ BELƏ GİRDİ - Türkiyə ilə Suriya arasında dəhşətli MÜHARİBƏ BAŞLANIR (YENİLƏNDİ)
Suriya hökumətinə bağlı qüvvələrin Afrinə daxil
olduğu barədə xəbərin yayılmasından dərhal sonra bölgədə
hərəkətlilik artıb. Türk qırıcıları Bəşər Əsəd
rejiminə bağlı güclərin girdiyi bölgəni bombalamağa başlayıb.
Son xəbərlərə görə, Türkiyə qırıcılarının aviazərbələri və top
atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı qüvvələri
Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkiliblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı
həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon
tanışıqlarının yeni detalları ortaya çıxıb. Rusiya
lideri Ərdoğana Afrin mövzusunda təminat verib.
Xəbərə görə, Ərdoğan Suriya ordusunun Afrinə girəcəyi halda,
bunun ağır nəticələrinin olacağını bildirməsindən sonra, Putin
“belə bir şey olmayacaq” şəklində cavab verib.
Qeyd edək ki, dünən Suriyanın dövlət televiziyası hökumət
güclərinin axşam saatlarına kimi Afrin bölgəsinə girəcəyini xəbər
verib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə Ankarada
keçirilən mətbuat konfransında rejim qüvvələrinin Afrinə daxil
olacağı barədə xəbərlərin əsassız olduğunu deyib.
Suriya ordusunun Afrinə girəcəyi barədə dünən
yayılan xəbər gündəmi bir anda dəyişdi. Afrində Azad Suriya Ordusu
ilə birlikdə “Zeytun budağı” əməliyyatı həyata keçirən Türkiyənin
bu xəbərə reaksiyası olduqca sərt oldu. Amma sonradan
“Suriya ordusu Afrinə girəcək” yalanının arxasında əslində,
Türkiyəyə qarşı çirkin bir planın olduğu ortaya çıxdı.
“Haber7” saytının yazdığına görə, Dəməşq “Afrini PKK/PYD-dən
təhvil alma” yalanı ilə terror təşkilatına dəstək üçün şəhərə əlavə
qüvvələr göndərib.
Bir neçə saata müharibə BAŞLAYACAQDI - Türkiyəyə qarşı çirkin oyunun ŞİFRƏLƏRİ
“Qarşıdakı günlərdə Afrin şəhəri mühasirəyə
alınacaq. Beləliklə, həm şəhərə, həm də bölgəyə gələn yardımların
qarşısı kəsiləcək”. Bunu ölkə prezidenti Rəcəb Tayyib
Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında
bildirib.
Ərdoğan Afrinin mühasirəyə alınacağı tarixi açıqladı
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu
(ASO) Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı”
əməliyyatının 32-ci günündə ciddi uğur qazanıb.
Afrinin şimalındakı Sorani, Heyyani ve Zeytune kəndləri 2 saat
ərzində azad edilərək şimal cəbhəsinin birləşdirilməsi üçün önəmli
addım atılıb.
Əməliyyatın gedişatında Azez və Şeyx Horoz arasında yerləşən yol
açılıb. Beləliklə, Azez-Bülbül yolu birləşdirilmiş olub.
Əməliyyatın başlanmasından bu yana 1715 PYD/PKK terrorçusu
öldürülüb, 20-si strateji təpə olmaqla, 79 nöqtə azad edilib.
“Rusiyada əmindir ki, Türkiyənin təhlükəsizliyinin
maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə
bilər”. Bunu Xavaca Məhəmməd Asiflə görüşdən sonra
keçirilən mətbuat konfransında deyib.
Afrin məsələsi Suriyanın ərazi bütövlüyü çərçivəsində həll
edilməlidir.
Afrində keçirilən “Zeytun budağı” əməliyyatından
narazı olan bir sıra siyasi simalar Fransada Türkiyə ordusunun
dayandırılması üçün imza toplamağa başlayıb.
Əməliyyatın dayandırılması üçün imza toplamağa başlayan
siyasətçilər bölgədə ağır zərbə alan qrupların müttəfiqləri
olduğunu açıqlayıb.
İŞİD-lə mübarizəni bəhanə edən fransız siyasətçilər türk
ordusunun Suriyanın şimalından dərhal geri çəkilməli olduğunu
bildiriblər.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron da Türkiyənin
Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatının dayandırılmalı
olduğunu açıqlamışdı.
İranın paytaxtı Tehranda sufi-dərvişlərlə polis
arasında qarşıdurmalar baş verib. Toqquşmalara səbəb
sufi cərəyanın nümayəndələrindən birinin həbs edilməsi olub.
İranda QANLI QARŞIDURMALAR - 5 ölü, onlarla yaralı – VİDEO
Məhv olmuş İŞİD-in yerdə qalan qüvvələri Suriyadan
çıxaraq digər regionlarda cəmləşib. Bunu MDB xüsusi
xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı MDB
Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov
söyləyib.
“Əsas hədəf Əfqanıstan və Pakistandır. İŞİD-in yerdə qalan
hissəsi Suriya və İraqda məhv edilmiş bazalarını indi bu ölkələrdə
formalaşdırırlar. Əfqanıstana terrorçuların tranziti İraq və
Suriyakı kimi həyata keçirilir. Tərəfdaşlarımızdan əldə etdiyimiz
məlumata görə, yaxın gələcəkdə İŞİD Əfqanıstanda aktivləşəcək. Bu
terror təşkilatı heroin trafikinə nəzarəti ələ keçirməyə cəhd
edəcək”, – deyə o bildirib.
Rəsmi Təl-Əvivin mübahisəli əraziyə divar
tikiləcəyini açıqlaması İsraillə Livan arasındakı gərginliyi daha
da yüksəldib. Livanlı general Jozef Aoun İsrailin hər
hansı təşəbbüsünə qarşı istənilən hərbi varianta əl atacaqlarını
bildirib.
“Qəti və açıq şəkildə bildirirəm, əgər İsrail Livanın
müstəqilliyini və iqtisadi mənbələrini təhlükəyə atan cəhd etsə,
nəticə nə olur olsun, İsrailin bu təcavüzkar həmləsinə qarşı
ordumuz nə mümkündür, onu da tətbiq edəcək”, - general
bildirib.
Qeyd edək ki, İsrail Livanla BMT-nin müəyyən etdiyi sərhəd xətti
boyu divar tikintisinə başlanılacağını açıqlayıb.
İsrailin bu il hansısa savaşa başlaması ehtimalı
əvvəlki dövrlərdən daha yüksəkdir. Bunu jurnalistlərə
açıqlamasında İsrail generalı Nitzan Alon söyləyib. Onun sözlərinə
görə, Suriyadakı strateji dəyişikliklər İsrail ordusunun hazırlıq
səviyyəsinin artırılmasını tələb edir:
“İsrailin şimalında cari ildə müharibə ehtimalı böyükdür. İran
və Hizbullah tərəfindən dəstəklənən Suriya Prezidenti Bəşər Əsədin
qələbələr qazanması bu savaş ehtimalını daha da artırır. Əsəd artıq
müttəfiqlərinin yardımı ilə ölkənin 80%-də nəzarəti təmin
edib”.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/231890.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)