“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, artıq sərgidə Azərbaycanın “Azhazelnut” şirkəti ilə BƏƏ-dən olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb.
Bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və BƏƏ-də distributorluğunun açılması məqsədilə xarici şirkətlərin təklifləri müzakirə olunur.


