"Report" xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildiriblər ki, tozun heç bir təhlükəsi yoxdur.
Qeyd edək ki, ötən həftə Moskvadakı 13 diplomatik nümayəndəlik içərisində fipronilli (pestisid) olan tozabənzər maddə səpilmiş məktub alıb.
Bütün zərflər diplomatik missiyalara Dövlət Dumasının deputatı Sergey Jeleznyakın adından gəlib. Deputat bu hadisədən sonra polisə gedərək məktublarla əlaqəsinin olmadığını bildirib.