Sumqayıt hadisələri ilə bağlı iş təkrar icraata götürülüb

“Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi və qaranlıq qalan məqamları araşdırmaq üçün Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bu cinayət işi təkrar icraata götürülüb və bu xüsusda istintaq hərəkətləri davam etdirilir”.

Metbuat.az xəbər verir ki, bunu Xarici Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib. XİN rəsmisi bildirib ki, bu bir daha Azərbaycan dövlətinin və xalqının baş vermiş bu təxribat xarakterli cinayətin əsl mahiyyətini üzə çıxarmaq üçün nümayiş etdirdiyi qətiyyətin, açıqlıq və şəffaflığın bariz nümunəsidir:

“Ermənistan tərəfindən isə azərbaycanlıların bu ölkə ərazisindəki tarixi torpaqlarından zorakılıqla qovulması, Xocalı və digər insanlıq əleyhinə cinayətlər barəsində heç bir istintaq işi aparılmayıb, heç kim məsuliyyətə cəlb edilməyib, əksinə bu əməlləri törədənlər milli qəhrəman səviyyəsinə yüksəldiliblər. Bu şəxslər Ermənistanın siyasi rəhbərliyində yüksək vəzifələr tuturlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR