Milli Məclisin plenar iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Metbuat.az xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxildir.

Bunlar “Patent haqqında”, "Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında”, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqıda”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, Sanitariya-epidemioloji salamatlıq haqqında” “Yol hərəkəti haqqında”, “Standartlaşdırma haqqında”, və.s qanunları, o cümlədən Miqrasiya, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.

Həmçinin iclasda yeni hazırlanan “Texniki təmizləmə haqqında” qanun layihəsinə də baxılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR