Rusiya prezidenti Vladimir Putin Kreml Dövlət Sarayında təşkil olunan təntənəli gecədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov da daxil olmaqla bir neçə ölkənin müdafiə naziri ilə görüşüb. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 23 Fevral - Vətən Müdafiəçisi Günü münasibəti ilə təşkil olunan təntənəli tədbirdə həmçinin Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə nazirləri iştirak edib.