Niderland Krallığı parlamentinin nümayəndələr palatasının qondarma "erməni soyqırımı" ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv hesab edirik.

Milli.az xəbər verir ki, bunu XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Azərbaycandan Niderlanda etiraz -  Bu qərarı qərəzli və qeyri-obyektiv hesab edirik

Onun sözlərnə görə, saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyildir: "Ermənistan tərəfi çirkin siyasi məqsədlər güdərək arxivlərin açılması və qondarma "erməni soyqırımı"nın tarixçilər tərəfindən birgə araşdırılmasından imtina etməkdə davam edir. Çünki I Dünya müharibəsi dövründə ermənilər tərəfindən Anadolu, tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı və Qarabağda insanların etnik mənsubiyyətinə görə kütləvi qətli və digər vəhşi əməllər, o cümlədən 1918-ci ilin martında Bakıda və digər Azərbaycan şəhərlərində Azərbaycan xalqına qarşı soyqırım törədilib".

Azərbaycandan Niderlanda etiraz -  Bu qərarı qərəzli və qeyri-obyektiv hesab edirik

Azərbaycandan Niderlanda etiraz -  Bu qərarı qərəzli və qeyri-obyektiv hesab edirik

Niderland parlamenti qondarma "erməni soyqırımını" tanıdı