"Real" qələbə qazanıb, Ronaldu son yeddi oyunda 12-ci qolunu vurub

"Real" qələbə qazanıb, Ronaldu son yeddi oyunda 12-ci qolunu vurub
10:57 25 Fevral 2018
143 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Madridin "Real" klubu futbol üzrə İspaniya çempionatının 25-ci turunda "Alaves" üzərində 4:0 hesablı qələbə qazanıb.
“Report” xəbər verir ki, portuqaliyalı hücumçu Kriştianu Ronaldu komandanın heyətində dubl edib.
Bununla da o, Madrid klubunun heyətində keçirdiyi son 7 matçda 12-ci qolunu vurub.
"Real" bu qələbə sayəsində xallarının sayını 51-ə çatdırıb və hazırda Madrid "Atletiko"sundan 4 (2-ci yer), lider "Barselona"dan isə 14 xal geri qalmaqla 3-cü pillədə qərarlaşıb. "Alaves"in aktivində 28 xal var və komanda turnir cədvəlində 16-ci yerdədir.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-qelebe-qazanib-ronaldu-son-yeddi-oyunda-12-ci-qolunu-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR