Xocalı faciəsi TRT World-də

Türkiyənin TRT World telekanalında Xocalı faciəsi ilə bağlı sujet yayımlanıb.

Metbuat.az xəbər verir ki, sujetdə Azərbaycanın Xocalı şəhərində erməni terrorçuları tərəfindən törədilən dəhşətli qətliamla, soyqırımı ilə bağlı məlumat verilib. Bildirilib ki, 26 il əvvəl, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş törədilən faciə dünya tarixində baş verən ən dəhşətli hadisələrdən biridir.

Sujetdə qeyd edilib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Sujeti təqdim edirik:


“O gecə uşaqlar analarının belində donub ölürdü” - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR