Milli Məclisin gündəliyinə 24 məsələ daxil edilib

Milli Məclisin növbəti iclası martın 6-da keçiriləcək.

Metbuat.az xəbər verir ki, iclasın dündəliyinə 24 məsələ daxil edilib. Gündəlikdə Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında, “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya qanununda dəyişiklik edilməsi, Seçki Məcəlləsində dəyişiklik edilməsi,“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişikliklər edilməsi, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi, “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi, “Yaşayış minimumu haqqında” qanunda dəyişikliklər edilməsi, “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi, “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR