​Afaq Aslan ÜZR İSTƏDİ

Xocalı faciəsinin ildönümündə paylaşdığı şəkilə görə tənqidlərə məruz qalan qalmaqallı müğənni Afaq Aslan paylaşımla bağlı səhv etdiyini açıqlayıb.

Afaq Aslan Metbuat.az-a verdiyi açıqlamada bildirib ki, “Gözəlləşmə günü” adlı şəkil dünən çəkilib:

“Mən o şəkli dünən çəkdirmişdim. Bu gün bilmədən mexaniki paylaşdım və 2 dəqiqə sonra da sildim. Xalqımızın faciələrinə hər bir azərbaycanlı kimi mən də həssasam. Ümid edirəm ki, Qarabağımız qayıdacaq və Xocalı soyqırımını törədənlər öz layiqli cavabını alacaqlar. Mexaniki olaraq etdiyim səhvə görə hamıdan üzr istəyirəm.”

Tanınmış fizikdən yadplanetlilərlə bağlı - QORXULU AÇIQLAMA – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR