Türkiyənin Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Afrinə girib. Suriyadakı 5 qruplaşma Şərqi Qutada vahid idarəetmə mərkəzi yaratmaq barədə razılıq əldə edib. Moskva Avropa Birliyindən heç vaxt sanksiyaların ləğvini istəməyəcək. Şimali və Cənubi Koreyanın diplomatları bağlı qapılar arxasında danışıqlara başlayıb. Amerikalı mütəxəssislər Koreya Xalq Demokratik Respublikasının (KXDR) Tokioya nüvə zərbəsinin mümkün nəticələrini qiymətləndiriblər.

“ABŞ-ın Suriyada sərgilədiyi mövqedə olan ziddiyyətlər artıq davam etdirilə bilməz”. Bu haqda İngiltərənin “Financial Times” qəzeti yazıb.

Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.

“ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə səbəb ola bilər”, - “Financial Times” qeyd edib.

Müdafiə Nazirliyinin əmrinə verilən Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Afrinə girib. Birliklər “Zeytin budağı” hərəkatı çərçivəsində təmizlənən kəndlərə terrorçuların sızmasının qarşısını alacaq və yaşayış məntəqələrində əməliyyatlara qatılacaq.

İraq və Suriyada çətin vəziyyətdə olan İŞİD Türkiyədə baza quracaq və buradan Qərbə hücuma hazırlaşacaq. Bu barədə Pentaqonun “RAND Corporation” analitik şirkətinin hesabatında bildirilib.

Məlumata görə, İŞİD üzvləri Avstraliyadan dəhşətli partlayış gücünə malik olan elektron cihaz sifariş edib və artıq Türkiyədə böyük partlayış törətmək niyyətilə uyğun məntəqənin seçilməsi üçün kəşfiyyat işlərinə başlayıb. Bu partlayışdan sonra ölkənin qarşıdurma meydanına çevriləcəyi bildirilib.

“Kölgə Pentaqon” olaraq da tanınan RAND-ın hesabatında bu iddialar “Ərdoğanın ölümcül kor nöqtəsi” başlığı ilə verilib və istər Türkiyə təhlükəsizlik orqanları, istərsə də rəhbərlik yaxınlaşan təhlükəni görməzdən gəlməkdə ittiham olunub.

Suriyadakı 5 qruplaşma Şərqi Qutada vahid idarəetmə mərkəzi yaratmaq barədə razılıq əldə edib. Bu barədə informasiyanı Suriyada Döyüşən Tərəflərin Barışdırılması Mərkəzi yayıb. Mərkəz Əsədə qarşı ittifaq yaradan qrupların Ceyş əl-İslam, Nüsrə Cəbhəsi, Əhrar əş-Şam, Feylak ər-Rəhman və Fəcr əl-Umma olduğunu bildirib.

Qeyd edək ki, son günlər Şərqi Qutada vəziyyət gərginləşib. Suriya ordusu Rusiyanın dəstəyi ilə bölgədə genişmiqyaslı əməliyyatlara başlasa da, hələlik heç bir uğur əldə edə bilməyib.

Rusiya generalı məxfi şəkildə Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə informasiyanı “İAREX.ru” saytı yayıb. Sayt generalın Ər-Riyada xüsusi məqsədlə getdiyini qeyd edib.

“Rusiyanın Suriyaya göndərdiyi beşinci nəsil təyyarələr olan S-57-lər artıq döyüşlərə qatılıblar və Şərqi Qutadakı döyüşçüləri bombardman ediblər. Bir neçə saat əvvəl isə Suriyadakı Rusiya qruplaşmalarının komandanı Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə Səudiyyə Ərəbistanına uçub. Rus general Ər-Riyaddan Qutadakı döyüşçülərin çıxarılmasını tələb edib.

General əks halda Qutaya qarşı “Qroznı bombardmanı” ssenarisini tətbiq edəcəyini bildirib”, - məlumatda vurğulanıb.

Rusiyanın beşinci nəsil S-57 təyyarələri Şərqi Qutadakı amerikalı hərbçilərə zərbə endirib. Bu məlumatı Rusiyanın REX agentliyi yayıb. Hücum nəticəsində 2 min amerikalı döyüşçünün həlak olduğu iddia edilib. Bu döyüşçülərin özəl hərbi şirkətlərdən birinin tərkibində döyüşə qatıldıqları vurğulanıb:

“İndi artıq heç kimi bunun rusların qisası olduğuna şübhə etmir. ABŞ Dövlət Departamenti bundan sonra Moskvaya zəng etməyə çalışsa da, Rusiyada onların zənginə heç kim cavab verməyib”.

Rusiya agentliyinin bu iddiasını hələlik tərəflərdən heç kim təsdiqləməyib.

Qeyd edək ki, bundan öncə ABŞ Suriyada “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərini bombardman edib, nəticədə 300 hərbçi ölüb.

Rusiyanın Suriyaya göndərdiyi “Su-57” beşinci nəsil qırıcıları ilə bağlı yeni görüntülər ortaya çıxıb. İsrailin “Haaretz” qəzeti Suriyaya göndərilən qırıcıların yeni peyk görüntülərini dərc edib.

Moskvanın “C planı”, Türkiyəni partlatmaq üçün verilən SİFARİŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Peyk görüntüləri bütün söhbətlərə SON QOYDU - İsrail DƏRC ETDİ