Ləğv prosesində olan bankların balansındakı əmlaklar - hərracda satıldı

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasıvasitəsilə 19 və 26 fevral 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Fondun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən,ləğv prosesində olan QSC “BankStandard”KB-nin balansındakı 2 ədəd “Toyota Camry”, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mitsubishi Outlander”, 1 ədəd “Toyota Corolla”, 1 ədəd “Mitsubishi Lancer”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakıŞabran rayonunda yerləşən torpaq sahəsi və 2 ədəd bankomat satılıb.

Həmçininləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı1 ədəd QAZ-3110, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər hərracda satılıb.

Bundan başqa,ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 ədəd qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansındakı1 ədəd “Ford Transit Connect” və “Range Rover” markalı avtomobillər satılıb.

Hərracda bir neçə avtomobillə xüsusi maraq olduğundan yekun satış qiyməti ilkin qiyməti xeyli üstələyib. Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı“Toyota Camry” avtomobilinin (2014-ci il buraxılışı)ilkin qiyməti 34 070 manat olduğu halda, satış qiyməti 40 890 manat, “Mitsubishi Outlander” avtomobilinin ilkin qiyməti 18 570 manat olduğu halda, satış qiyməti 25 638 manat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR