Prezident yanğınla bağlı müvafiq tapşırıqlar verdi

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində baş verən yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı tapşırıq verib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı hadisə yerinə gedərək yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirləri görməyi tapşırıb. Ölkə başçısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və Səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR