​Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi

Müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib.

Metbuat.az xəbər verir ki, ötən gün axşam saatlarında sərnişin avtobusunun sürücüsü sürət həddini keçərək, dairədə idarətməni itirib.

Bundan sonra avtobus yolun kənarında dayanan Dilarə Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb.

Nəticədə müğənninin avtomobili tanınmaz hala düşüb. Təhlükəsizlik kəmərini taxan ifaçı xoşbəxtlikdə xəsarət almasa da, onun köməkçisinin başı zədələnərək xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə Musabəyov parkı yaxınlığında baş verib. Qəzadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları və siğorta şirkətinin işçiləri gəlib.

Telekanallar əyləncəli verilişlərin yayımını dayandırdı – AÇIQLAMA – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR