Ləğv prosesində olan bankların əmlakları hərraca çıxarılır

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard”, ASC “Texnikabank”, ASC “Kredobank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 60 lot üzrə satışa çıxarır.

Fondun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 27 lot üzrə əmlak ilk dəfə hərraca çıxarılır, 20 lot üzrə əmlak ikinci dəfə, 13 lot üzrə əmlak isə üçünçü dəfə hərraca çıxarılır. Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb. Bu kateqoriyaya ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Daewoo Nexia”, 2 ədəd “Mitsubishi Lancer”, 5 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalıminik avtomobilləri,2 ədəd bankomat, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bağ evi və ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac 27 mart 2018-ci il tarixində keçiriləcək.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS63AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 1 ədəd “Jeep Grand Cherokee”, 2 ədəd “Mitsubishi Lancer”markalı avtomobillər, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 mənzil və 2ev, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsiikinci dəfə hərraca çıxarılacaq.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia” minik avtomobilləri, 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan “Zaminbank” ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan “Royalbank” ASC-ninbalansındakı 1 fərdi ev, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), 1 ədəd bankomat və 1 ədəd “QAZ-3302-18” yük avtomobili, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 ədəd “Lexus LS460” avtomobili və ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı“Ford Transit” avtomobili hərraca ilk dəfə isə çıxarılıb.

Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 3 aprel 2018-ci il tarixində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondulinki, www.adif.az saytıvasitəsiləvə 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR