Mərakeş təcavüzlə və beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin yerinə yetirilməməsi ilə qarşılaşmış Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

N.Bourita qeyd edib: "Biz ərazi bütövlüyünü çox vacib məsələ hesab edirik və qardaş Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması səylərini dəstəkləyirik".