Avstriyanın paytaxtı Vyanada naməlum şəxs bıçaqla bir qrup insana hücum edib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb. Polis hadisə yerini əhatəyə alıb.
Məlumata görə, küçədə piyadalara hücum edən şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.