Satılan naringini bəyənmədi, satıcıları vurdu

Bursada aldığı naringi xoşuna gəlmədiyi üçün satıcıları silahla vuran polis haqqında ömürlük həbs cəzası istənilir.

Metbuat.az xəbər verir ki, hadisə Mərkəz Yıldırım rayonu Gökdərə bazarında oktyabr ayında baş verib. 2 il öncə təqaüdə çıxan polis məmuru Gürkan Erol Ömər Dönməz adlı şəxsin dəzgahından naringi alıb. Erol meyvələri yoxladıqdan sonra Dönməzə "Bunları bəyənmədim, gözəl mal sat"-deyib. Dönməz və eyni dəzgahda işləyən Nuri Mutlu da "Bəyənmədinsə bazarda naringi satan satıcılar çoxdur, onlardan al"-deyə cavab verincə aralarında mübahisə başlayıb. Bu zaman G.Erol üzərindəki tapança ilə Ö.Dönməzi qarnından və ayağından, N.Mutlunu isə ayaqlarından vurub.

Prokurorluq Gürkan Erolun satıcı Ömər Dönməzə qarşı "Qəsdən adam öldürməyə tam təşəbbüs" cinayətindən ömürboyu, Nuri Mutluya qarşı isə "Qəsdən başqasının bədəninə acı vermək və ya sağlamlığının, qavrama qabiliyyətinin pozulmasına səbəb olmaq" cinayətindən 3 il həbs cəzası tələbi ilə iddia qaldırıb. Erol yaxın günlərdə Bursa 5-ci Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR