Ustaya əsəbiləşdi, öz maşınını yandırdı

Ustaya əsəbiləşən avtomobil sahibi öz maşınını yandırıb.

Metbuat.az Türkiyə KİV-inə istinadən bildirir ki, İzmir Atatürk Sənaye bölgəsində təmirə əsəbiləşən vətəndaş öz maşınını atəşə verib.

Alınan məlumata görə, Manisada yaşayan bir vətəndaş ötən gün Torbalıya gəlib. Pozulan maşını sənaye bölgəsinə aparan vətəndaş problemin aradan qaldırılmasının ardından maşını təslim alıb.

İki gün keçdikdən sonra yenidən təmirə gələn vətəndaş "Bu maşın yenə xarab olub" deyərək qışqırıb.

İddiaya görə, ustanın "Hələlik işim var, daha sonra" deməsi üzərinə maşın sahibi əsəbiləşib və maşınını atəşə verib.

Maşın alovlar içində yanmağa başlayarkən, ətrafdakı vətəndaşlar hadisəni təəccüblə izləyib.

Tural İsmayılov/ Metbuat.az

Canlı bomba zənn etdilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR