Yaşlı adam iki maşının arasında qaldı

Türkiyədə baş verən hadisə kamerara yansıyıb.

Metbuat.az xəbər verir ki, Qartal bölgəsində vasitələr qırmızı işıqda dayandığı zaman yolun qarşısına keçməyə çalışan yaşlı adam baş verən zəncirvari qəza sonrası avtomobillə mikroavtobus arasında qalıb. Yaşlı adamın ölümdən qayıtdığı anlar bir motosiklet sürücüsünün kamerasına əks olunub.

Verilən məlumata görə, qırmızı işıqda gözləyən vasitələrə başqa bir maşının dayanmayaraq çarpması nəticəsində yaranan zəncirvari qəzada yolun qarşısına keçməyə çalışan yaşlı bir adam mikroavtobusla maşının arasında qalıb.

Dizlərini tutaraq acılar içində sıxılan yaşlı adamın köməyinə ətrafdakılar gəlib.

Tural İsmayılov/ Metbuat.az

Bakıda QANDONDURAN olay


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR