Qəzaya uğrayan Türkiyə təyyarəsinin pilotunun son sözləri

BƏƏ-dən İstanbula gedərkən İranda qəzaya uğrayan "Başaran Holdinq"ə məxsus özəl təyyarənin pilotunun dispeçer qülləsi ilə son danışığı ortaya çıxıb.

Metbuat.az Milli.az-a istinadən xəbər verir ki, Şarika şəhərində İstanbula istiqamətlənən özəl təyyarə İranın cənub-qərbindəki Şəhrəkürd bölgəsində qəzaya uğrayıb.

Pilot Melike Kuvvetin təyyarə qalxdıqdan bir müddət sonra dispeçer qülləsi ilə əlaqə yaradaraq "Enmə tələb edirəm" dediyi məlum olub.

Pilotun bu tələbindən sonra təyyarə ilə əlaqənin tamamilə kəsildiyi, həmin vaxt təyyarədə texniki nasazlıq, ya da quş çarpması ehtimallarını artırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR