Çempionlar Liqasının 1/8 final mərhələsində “Beşiktaş” komandası ilə qarşılaşacaq "Bavariya" İstanbula itki ilə gedəcək.
Publika.az xəbər verir ki, Almaniya nəhənginin üç futbolçusu - Korenten Tolisso, Kinqsli Koman və Manuel Noyer səfərdə komandasına kömək edə bilməyəcək.
Buna səbəb onların Bundesliqa çərçivəsində keçirilən oyunlarda zədə almasıdır.
Qeyd edək ki, “Beşiktaş” - “Bavariya” oyunu martın 14-də “Vodafone Park” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Zümrüd