Moda aləminə AĞIR İTKİ- FOTO

Moda aləminə AĞIR İTKİ- FOTO
09:53 13 Mart 2018
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli dizayner, “Givenchy” brendinin banisi Yuber de Jivanşi 92 yaşında vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, əfsanəvi modelyer Jivanşi ötən şənbə yuxuda öz evində dünyasını dəyişib. Modelyerin şəriki Filipp Venenin bəyanatında qeyd edilib ki, dəfn mərasimi çox dar dairədə keçiriləcək.

Məlumat üçün bildirək ki, Yuber de Jivanşi “Givenchy” moda evinin əsasını 1952-ci ildə qoyub. Onda dizaynerin 25 yaşı var idi. O, daha üç onillik ərzində yaratdığı “Givenchy” brendinə başçılıq edib.

Jivanşi “Tiffanidə Səhər yeməyi” filmində Odri Hepbern üçün tikdiyi əfsanəvi libas sayəsində məşhurlaşıb. Sonralar o, Qreys Kelli, Qreta Qarbo, Marlen Ditrix, İnqrid Berqman, Jaklin Kennedi kimi stil ikonalarının qırmızı xalça çıxışları üçün təkrarolunmaz paltarlar hazırlayıb.

Yuber de Jivanşi ilklərdən biridir ki, pret-a-porte xəttini moda tamaşaçılara və tələbkar müştərilərə təklif edib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/234114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR