28 mərtəbəli bina yerlə bir oldu

ABŞ-da 28 mərtəbəli binanın çökdüyü anın görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları Kentucky əyalətinin Frankfort şəhərində yerləşən əyalətin ən uzun binası nəzarətli bir işlə sökülüb. Bu proses üçün binanın müəyyən nöqtələrinə tonlarla partlayıcı yerləşdirilib.

Təhlükəsizlik tədbirlərinin alındığı bölgədə partlayışdan sonra ətrafa böyük bir toz buludu çökdü. O anlar da kameralar tərəfindən də qeyd edilib.

1972-ci ildə tikilən binanın əvəzinə, 5 mərtəbəli bir iş yeri və 1100 tutumlu bir avtomobil dayanacağı inşa ediləcəyi bildirildi.

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR