Bu gündən ATƏT-in seçki müşahidəçiləri işə başlayır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri izləyəcək uzunmüddətli seçki müşahidə missiyası martın 15-dən işə başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə bildirilib. Koryan Yonkerin rəhbərlik etdiyi uzunmüddətli missiyaya Bakıda 10 daimi və ölkə boyunca 20 ekspert daxildir. Ekspertlər və uzunmüddətli ekspertlər 19 ölkənin təmsilçisi olacaq. Müşahidəçilər seçkilərə hazırlığı və milli qanunvericiliyə uyğun olub-olmadığını yoxlayacaq.

Seçkilərdən bir neçə gün öncə isə 280-ə yaxın qısamüddətli seçki müşahidəçisi Azərbaycana gələcək. Onlar seçki günü prosesləri nəzərdən keçirəcək, bülletenlərin, səslərin hesablanmasını müşahidə edəcək, həmçinin seçkidən sonrakı dövrü müşahidə edəcəklər.

Müşahidəyə mediada kampaniyaların işıqlandırılması da daxil olacaq. Müşahidə çərçivəsində missiya müxtəlif qurumların nümayəndələri, siyasi partiyalar, vətəndaş cəmiyyətinin üzvləri, media və beynəlxalq ictimaiyyat təmsilçiləri ilə görüşəcəklər. Seçki günü missiyaya ATƏT PA və AŞPA-nın nümayəndə heyəti də qoşulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR