Azərbaycan prezidenti İlham Əliyev jurnalist Andrey Kondraşovun “Putin” filmində Azərbaycan–Rusiya əlaqələrinin inkişafı və bu prosesdə Rusiya prezidenti Vladimir Putinin rolu barədə danışıb.

Metbuat.az “İnterfax”-a istinadən xəbər verir ki, prezident İlham Əliyev deyib: “Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Azərbaycan-Rusiya əlaqələri kardinal şəkildə dəyişdi. Xüsusilə atam Heydər Əliyevin Rusiya lideri ilə ilk görüşü xatirəmdə qaldı”.

Prezident İlham Əliyev Vladimir Putin və Heydər Əliyevin ilk görüşündən

Həmin vaxt Heydər Əliyev Azərbaycan prezidenti idi. İlham Əliyev xatırlayır ki, ilk görüş uzun çəkib: “Atam uzun müddət Rusiya prezidenti ilə görüş təəssüratlarından danışırdı. Təbii ki, onları çox şey birləşdirirdi. Onlar eyni məktəbdə - KQB-nin Leninqrad Ali məktəbində oxuyublar. Onlar bir-birilərini çox yaxşı anlayırdılar və inam əsasında qarşılıqlı münasibət yaradıblar”

İlham Əliyev, həmçinin əlavə edib ki, atasının fikrincə, “Azərbaycan Putinin simasında etibarlı tərəfdaş əldə edib”.